Jirinovskiy uşaqlara sevgidən danışdı

29 May 2013 22:35 (UTC+04:00)


Bu gün Rusiya məktəblərinin birində olanda Jirinovskiy şagirdlərlə olan səmimi çıxışı ilə yadda qalıb.

"Siz kiminsə xoşuna gəldiyinizi haradan bilirsiniz ? Necə hiss edirsiniz ki, siz qarşı tərəfin marağındasınız? Yox, əgər bilmirsinizsə, mən sizə deyim. "Baxışlar!" O hər şeyi müəyyən edir. Həmişə baxışlara diqqət yetirin"

Gənclik illərindən danışan 67 yaşlı siyasətçi məktəb illərində də özünün sevgi məsələlərində o qədər də aktiv olmadığından söz açıb. "Mən məktəb vaxtı 2 qızla maraqlanırdım. Xoşuma gəlirdilər. Ancaq başqa oğlanlar kimi onların arxasınca getmək, nələrsə etmək mənlik deyildi. Çünki mən hələ o vaxtlardan sosial problemlər və s bu kimi şeylərlə maraqlanmışam", -deyə Jirinovskiy bildirib.

Aynur Hüseynova
AzNews.az