“Beşiktaş” Alvaro Monteronu transfer edə bilər

18 May 2020 12:00 (UTC+04:00)

Türkiyənin “Beşiktaş” klubunun heyətinə qatmaq istədiyi qapıçının adı bəlli olub.

Məlumata görə, İstanbul təmsilçisi Kolumbiya yığmasının futbolçusu Alvaro Monteronu heyətinə qatmağa qərar verib.

“Deportivo Tolima”da çıxış edən qolkiperin bu yay “Beşiktaş”a keçəcəyi gözlənilir.

Qeyd edək ki, “Beşiktaş” cari mövsümdəki qapıçısı Loris Kariusu icarə müddəti başa çatmadan geri göndərib.

AzNews.az