Türkiyədə tədris ilinə son verildi

18 May 2020 21:48 (UTC+04:00)

Türkiyədə koronavirus epidemiyası səbəbindən 2019-2020 tədris ilinə son verilib.

AzNews.az “Haberler”ə istinadən xəbər verir ki, bu barədə qərarı Prezident Rəcəb Tayyib Ərdoğan nazirlər Kabinetinin iclasından sonra elan edib. O bildirib ki, növbəti tədris ili sentyabrdan başlayacaq.

Körpələr və qocalar evləri iyunun 15-dən etibarən fəaliyyətə davam edəcək.