Atəşkəs pozulub
30 May 2013 07:43 (UTC+04:00)
Erməni silahlı bölmələri dünən və bu gecə Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çaylı, Çiləbürt, Qızıl Oba kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
AzNews.az