Peşə liseylərində oxuyan gənclər Türkiyəni epidemiyadan qoruyur

19 May 2020 13:45 (UTC+04:00)

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun peşə liseyində oxuyan gənclərin fəaliyyətləri ilə bağlı video paylaşıb.

AzNews.az-ın məlumatına görə, Altunun “Twitter” səhifəsində paylaşdığı videoda, “Türkiyə bütün gücüylə Kovid-19 ilə mübarizə apararkən hünərli əllər də iş başındadır. Türkiyənin gəncləri istehsal edir, Türkiyə qorunur. Peşə liseylərində oxuyan gənclərimiz epidemiyaya qarşı mübarizəmizə dəstək verərək maska, kombinezon, dezinfeksiya vasitələri və sipər istehsal edir. Gənclər artıq indidən ölkələrinə sahib çıxır, əmanətin sahibi olduqlarını sübut edir. Əziz gənclər, Türkiyə sizinlə qürur duyur”, - deyilir.

Ləman Hüseynzadə