Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq sazişi təsdiqlənib

19 May 2020 19:10 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

AzNews.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında 2020-ci il martın 11-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilir.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.