Avropada 30 milyondan çox insan işsiz qala bilər

20 May 2020 16:30 (UTC+04:00)

Avropa İttifaqının 27 ölkəsində 30 milyondan çox insan iş yerlərini itirə bilər.

Məlumata görə, bunu məşğulluq məsələləri və sosial hüquqlar üzrə avrokomissar Nikolya Şmit videokonfrans zamanı deyib.

O bildirib ki, bu gün Avropada 30 milyondan çox insan iş yerlərini qismən saxlayıb, zəruri tədbirlər görülmədiyi təqdirdə iş yerləri bağlana bilər:

“ABŞ təcrübəsi göstərdi ki, bir ay ərzində işsizlik necə sürətlə artdı. Avropa buna imkan verməməlidir”. (Trend)

AzNews.az