Neftin qiyməti bahalaşdı

20 May 2020 20:05 (UTC+04:00)

Brent markalı neftin qiyməti yenidən bahalaşıb.

AzNews.az xəbər verir ki, “qara qızıl”ın bir barelinin qiyməti 4,3% bahalaşma ilə 36,14 dollar olub. Sonuncu dəfə Brentin qiyməti aprelin 9-da 36 dolları ötmüşdü.

WTI markalı neftin bir bareli isə 4,3% bahalaşaraq 33,33 dollar olub.