Türkiyədə son sutka ərzində 23 nəfər koronavirusdan dünyasını dəyişib, 972 nəfər virusa yoluxub.
AzNews.az xəbər verir ki, bununla da ölkədə virusdan ölənlərin sayı 4222-yə, yoluxanların sayı 152 min 587-yə yüksəlib.
Son 24 saatda 20 min 838 test edilib, 972 nəfər sağalaraq evə buraxılıb.