Fransada koronavirusdan daha 110 nəfər öldü

20 May 2020 23:34 (UTC+04:00)

Fransada son sutka ərzində koronavirusdan 110 nəfər dünyasını dəyişib

AzNews.az worldometers.info-ya istinadən xəbər verir ki, bununla da ölkədə ölənlərin sayı 28 min 132 nəfərə çatıb. Onlıardan 17 min 812-si xəstəxanada, 10 min 320-si isə tibbi-sosial müəssisələrdə vəfat edib.

Fransada ümumilikdə 180 min 809 yoluxma faktı var.