Evlərdən oğurluq edən 25 yaşlı qız TUTULDU

21 May 2020 10:08 (UTC+04:00)

Bakıda mənzillərdən oğurluq edən 25 yaşlı qız tutulub.

AzNews.az-ın məlumatına görə, mayın 9-da Suraxanı rayonu Əmircan qəsəbəsində İ. Abbasova məxsus mənzilə pəncərədən daxil olunmaqla 1000 manat dəyərində televizor və məişət əşyaları oğurlanıb.

Bundan başqa mayın 19-da Əmircan qəsəbəsində N. Əmirovaya məxsus mənzildən 700 manat dəyərində noutbuk oğurlanıb.