İraqda 140 nəfər koronavirusdan öldü

21 May 2020 23:18 (UTC+04:00)

İraqda koronavirusa yoluxanların sayı artıb.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son 24 saat ərzində 153 nəfərin COVID-19 testi müsbət nəticələnib. Ən çox yoluxma Bağdad şəhərində qeydə alınıb – 113 nəfər.

Eyni zamanda müalicə 2 843 xəstə sağalıb, 140 xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Ümumilikdə ölkə üzrə 3 877 nəfər koronavirusa yoluxub.