Aktyor qəzalı teatr binasından gileyləndi

30 May 2013 09:14 (UTC+04:00)
"Qəzalı vəziyyətdə olan "Dostluq" kinoteatrı bu mövsümdə də təmirə dayanmayacaq". Bunu AzNews.az-a Bakı Bələdiyyə Teatrının aktyoru Aydın Əliyev bildirib.


Onun sözlərinə görə, teatr qarşıdan gələn mövsümdə "Dostluq"da fəaliyyət göstərə bilməyəcək: "Bina qəzalı vəziyyətdədir. Hər an uça bilər. Teatrda məşq üçün heç bir şərait yoxdur. Aktyorlar bilmirlər, neyləsinlər. Müraciət olunan əsərləri şəraitsizlik ucbatından təhvil verə bilmirik. Rəhbərliklə danışmışıq, əgər gələn mövsümə kimi bura təmir olunmasa başqa yer tələb edəcəyik. Onun-bunun teatrında nə qədər tamaşa göstərmək olar?".

Bahar Rüstəmli
AzNews.az