Göygölün icra başçısı vəzifəsindən azad edildi

22 May 2020 12:15 (UTC+04:00)

Prezident İlham Əliyev Arif Akif oğlu Seyidovun Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

AzNews.az-ın məlumatına görə, sərəncama əsasən, Arif Akif oğlu Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.