Bayram yarmarkaları açılışa hazırlaşır

22 May 2020 17:00 (UTC+04:00)

Bakıda keçiriləcək bayram yarmarkaları ilə bağlı hazırlıqlar başlayıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-dən bildiriblər.

Qeyd olunub ki, Ramazan yarmarkaları 23-24 may tarixlərində baş tutacaq:

"Fermerlərin və yarmarka ziyarətçilərinin təhlükəsizliyinə xüsusi diqqət yetiririk. Belə ki, 23-24 may tarixlərində baş tutacaq "Kənddən Şəhərə" Ramazan yarmarkalarının keçiriləcəyi məkanlarda təmizlik dezinfeksiya işləri aparılıb, xüsusi vasitələrlə təchiz olunub".

AzNews.az