Azərbaycanda koronavirusa yoluxanlar arasında hamilələr də olub

22 May 2020 18:43 (UTC+04:00)

"Bu günədək koronavirusa yoluxmuş şəxslər arasında hamilələr də olub"

AzNews.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, həmin şəxslər müalicə olunublar, bətndaxili virusa yoluxma qeydə alınmayıb. R.Bayramlının sözlərinə görə, hamilələrin heç birində ağırlaşma olmayıb.