Azərbaycanda karantin qaydaları sərtləşməyəcək

22 May 2020 18:34 (UTC+04:00)

“Bugünkü yaranmış situasiya Azərbaycanda rejimi sərtləşdirməyə əsas vermir”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov keçirilən brifinqdə bildirib.

İ. Məmmədov qeyd edib ki, Operativ Qərargah şənbə və bazar günləri hərəkətin məhdudlaşdırılması barədə təklifi qəbul etməyib:

"Karantin rejiminin daha da yumşaldılması və ya ləğv edilməsi hələlik məqbul deyil. Vəziyyət olduğu kimi qalır. Yaxın günlərdə yekun qərar elan olunacaq”.