ATV-də yoluxanların sayı 3-ə çatıb

22 May 2020 19:54 (UTC+04:00)

“Televiziyalardan birinin 3 əməkdaşı koronavirusa yoluxub”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, onların ətrafında olan şəxslərdən də testlər götürülüb: “Sabaha həmin testlərin nəticəsi bəlli olacaq”.

Xatırladaq ki, ATV 1 əməkdaşının koronavirusa yoluxması, digərinin isə karantinə alınması ilə bağlı məlumat yaymışdı.