Qazax rayonuna dolu düşdü

22 May 2020 23:38 (UTC+04:00)

Qazax rayonunun bəzi kəndlərində dolu yağıb.

Milli Hidrometeorologiya Xidmətindən AzNews.az-a verilən məlumata əsasən, mayın 22-də saat 20:20-də Qazax rayonunun Birinci Şıxlı, İkinci​ Şıxlı və Yuxarı Salahlı kəndlərinə dolu düşüb, təxminən 10 dəqiqə davam edib. Hadisə stansiyadan və məntəqələrdən kənarda​ olduğundan dolunun diametrini​ ölçmək mümkün olmayıb.

Proses güclü şimal-qərb küləyi və leysan xarakterli yağışla müşayiət edilib.