Gürcüstanda fövqəladə vəziyyət rejimi başa çatdı

23 May 2020 10:46 (UTC+04:00)

Mayın 23-də Gürcüstanda fövqəladə vəziyyət rejimi başa çatıb.

AzNews.az bildirir ki, bu barədə “Sputnik Gürcüstan” xəbər verib.

Ölkənin Baş Naziri Georgi Qaxariya bildirib ki, Gürcüstan hökuməti yeni növ koronavirusun yayılmasına imkan verməmək üçün fövqəladə vəziyyət rejiminin aradan qaldırılmasından sonra bir sıra məhdudiyyətləri saxlamağa məcburdur.

“Biz, məsələn, müəyyən iqtisadi fəaliyyət, mülki və bələdiyyə nəqliyyatı, idman və mədəni tədbirlər, sərhədlərə nəzarətlə bağlı məhdudiyyət və qadağaları saxlamaq məcburiyyətində qalırıq”, - Qaxariya deyib.

Bununla yanaşı, ölkə parlamenti hökumətə iyulun 15-dək məhdudiyyətlər tətbiq etmək hüququnun verilməsi məsələsini nəzərdən keçirir. Müvafiq qanun layihəsi artıq birinci oxunuşda qəbul edilib.