Bir reysdə sərnişinlərin 30 faizində virus aşkarlanıb

23 May 2020 15:28 (UTC+04:00)

“Bu gün ölkədə 1 139 nəfər karantindədir”.

AzNews.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

R.Bayramlı qeyd edib ki, xaricdən gələnlər arasında virusa yoluxanların sayı 20 faizin üstündədir: “Bu həftə 662 vətəndaş xaricdən gəlib. Bir reysdə gələn şəxslər arasında yoluxma 30 faiz təşkil edib”.