Türkiyədə koronavirus can almaqda davam edir

23 May 2020 23:17 (UTC+04:00)

Türkiyədə koronavirus qurbanlarının sayı 4 308-ə yüksəlib.

AzNews.az bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib.

Onun sözlərinə görə, son sutka ərzində daha 1 186 nəfərdə koronavirus aşkarlanıb. Yoluxma hallarının ümumi sayı 155 686-ya çatıb. Son 24 saatda daha 32 pasiyent vəfat edib.

Bundan əlavə, ümumilikdə 117 602 pasiyent sağalıb.