Deputat ofisində ölü tapıldı - Ukraynada

23 May 2020 23:49 (UTC+04:00)

Ukrayna Ali Radasının deputatı Valeri Davidenko Kiyevdəki ofisində ölü tapılıb.

AzNews.az bildirir ki, bu barədə Ukrayna mətbuatı xəbər verib.

Məlumatı Daxili İşlər nazirinin müavini Anton Qeraşenko “RBK-Ukrayna”ya təsdiqləyib. Onun sözlərinə görə, hüquq mühafizə orqanları hadisənin bütün mümkün versiyalarını, o cümlədən qətli, intihar və səhnələşdirməni yoxlayacaq.

Polis əməkdaşları "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi qaldırıb. Hadisə yerində mütəxəssislər işləyir.