Ermənistanda bir gündə 359 nəfər koronavirusa yoluxdu

24 May 2020 15:49 (UTC+04:00)

Ermənistanda Covid-19-a yoluxanların sayı son sutka ərzində 359 nəfər artıb.

AzNews.az erməni KİV-nə istinadən xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 6661 nəfərə çatıb.

Son 24 saatda 4 nəfər dünyasını dəyişib. Ümumi ölüm faktı 81-dir.