Klub prezidentinə qarşı araşdırma başlandı

24 May 2020 20:46 (UTC+04:00)

İtaliya Futbol Federasiyası (FIGC) “Latsio” klubunun prezidenti Klaudio Lotitoya qarşı araşdırmaya başlayıb.

AzNews.az İtaliya mətbuatına istinadən xəbər verir ki, buna 63 yaşlı funksionerin martın 8-də keçirilmiş “Yuventus” – “İnter” matçının danışılmış xarakterli olduğuna dair açıqlaması səbəb olub.

Lotito Turin komandasından 1 xal geri qalmalarını məhz bu görüşdə baş verənlərlə əlaqələndirib.

FIGC klub prezidentinin bu açıqlamasına aydınlıq gətirmək istəyir. Dedikləri təsdiqlənməsə, Lotitonu ciddi sanksiya gözləyir.

Qeyd edək ki, “Latsio” koronavirus pandemiyasına görə martda dayandırılmış A Seriyasında 26 turdan sonra 62 xalla 2-ci pillədə qərarlaşıb. Lider “Yuventus”un isə 63 xalı var.