Bərdədə minik maşını yandı

24 May 2020 21:15 (UTC+04:00)

Bərdə rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, rayonun Həsənqaya kəndində "Volkswagen" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.