ABŞ-da koronavirusdan ölənlərin sayı 99 mini keçdi

25 May 2020 09:01 (UTC+04:00)

ABŞ-da son sutka ərzində daha 517 nəfər koronavirusdan vəfat edib.

AzNews.az xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 99 200-ə çatıb.

Qeyd edək ki, indiyədək ABŞ-da 1 milyon 681 min 677 nəfər koronavirusa yoluxub, onlardan 451 207-si sağalıb.