5G-yə keçən ilk ÖLKƏ

25 May 2020 15:08 (UTC+04:00)

İsveçin “Tele2” telekom şirkəti ilk dəfə 5-ci nəsil kabelsiz mobil texnologiyaya keçdiyini açıqlayıb.

AzNews.az “Euronews”a istinadən xəbər verir ki, bunu şirkətin müdiri Anders Nilsson bildirib.

Onun sözlərinə görə, paytaxt Stokholm ilə Göteborq və Malmödə 5G əsaslı stansiyalar aktivləşdirilib.

Yeni nəsil kabelsiz mobil texnologiyanın 4G-dən, təxminən, 10 dəfə daha sürətli olacağı gözlənilir.

Bununla belə, hazırda smartfonların əksəriyyəti 5G texnologiyasını dəstəkləmir.