Peskov koronavirusdan sağaldı

25 May 2020 21:43 (UTC+04:00)

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov koronavirusdan sağalıb və xəstəxanadan buraxılıb. AzNews.az-ın məlumatına görə, bu barədə o “RİA Novosti”yə bildirib.

“Bu, doğrudur”, - xəstəxanadan buraxılıb-buraxılmaması barədə sualını cavablandıran Peskov deyib.

"İnterfaks"ın yazdığına görə, siyasətçi iki həftə evində özünütəcrid şəraitində qalacaq.

Xatırladaq ki, daha əvvəl D.Peskovun xanımı, tanınmış rəqqasə- fiqurist Tatyana Navka koronavirusdan sağalmışdı.