"Aslan İsmayılov, ayıbdır"! - Aynur Camalqızı

26 May 2020 13:41 (UTC+04:00)

"Gündəlik Teleqraf" Media Qrupunun rəhbəri, tanınmış jurnalist Aynur Camalqızlı "Aslan İsmayılov" kod Allahverdiyə vətənpərvər jurnalistlərə qarşı apardığı qarayaxma kampaniyası ilə bağlı tutarlı cavab verib. O, Allahverdinin paylaşdığı statusa cavab olaraq bildirib ki, Aslan İsmayılovu efirə ondan çox dəvət edirlər:

"Aslan müəllim, ayıbdır, yaşca məndən xeyli böyüksünüz, istəmirəm mübahisə edək. Sadəcə, tənqid edəndə əsaslandırın. Tənqidçi görünmək xatirinə etməyin. Sizin dediyiniz məsələdən mən də az əziyyət çəkməmişəm. Amma mən TV-də görünmək üçün ürəyi gedənlərdən deyiləm. Özümün media tribunam TV-lərdən az populyar deyil. Yazılarımla deyə bilirəm sözümü. TV-lərə, o cümlədən AzTV-yə nadir hallarda dəvət olunuram. Sonuncu dəfə AzTV-də ötən ilin noyabrinda verilişdə olmuşam. İnformasiyanı onlayn mediadan aldığıma, özüm də xəbərçilik işi ilə, informasiya yayımı ilə məşgul olduğuma görə TV-lərə baxmıram. Vaxtım olmur. Amma neçə dəfə İctimai TV-də sizi görmüşəm. Mənə elə gəlir, İTV-yə sizi daha çox çağırırlar, nəinki məni... İndi mən burada mənamı axtarım? Tanınmış insansız, istədiyiniz qədər verilişlərdə iştirak, çıxış edə bilərsiniz. Amma mən, açığı, sizin fəaliyyətinizin mahiyyətini, məntiqini anlamıram. Medianı, siyasi partiyanı, hansısa təşkilatı təmsil etmirsiz, bildiyim qədər. Sosial şəbəkədə statuslarınızı niyə reklama qoyursuz? Marağınız nədir? Yəni adam pulu adətən məqsədli xərcləyir. Sizin məqsədiniz nədir? FB-a ayırdığınız pulu hardan alırsız? Öz cibinizdən xərcləyirsizsə, məntiq anlaşılan deyil. Niyə o pulu ailənizə, özünüzə, ətrafınızdakı ehtiyacı olanlara xərcləmirsiz? Yox, siyasi iddialarınız varsa, başqa... Amma bütün hallarda status yazanda yazdıqlarınızı dəqiqləşdirin"

AzNews.az