Zaqatalada yanğın olub

27 May 2020 10:56 (UTC+04:00)

Zaqatala rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, rayonun Lahıc kəndində ümumi sahəsi 90 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 1,2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.