MDB-nin dövlət başçıları Qələbə Paradına dəvət olunacaq

27 May 2020 19:12 (UTC+04:00)

Moskva şəhərində iyunun 24-də keçiriləcək Qələbə Paradına MDB ölkələrinin rəhbərlərini dəvət etmək nəzərdə tutulur.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, ənənəvi olaraq mayın 9-da keçirilən Qələbə Paradı koronavirus pandemiyası səbəbindən təxirə salındı. Parada ilkin olaraq bir çox ölkələrin başçıları, beynəlxalq təşkilatların rəhbərləri dəvət edilmişdi.