Azərbaycan Prezidenti Respublika Günü ilə bağlı paylaşım edib

27 May 2020 21:54 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev "Facebook" sosial şəbəkəsində 28 May - Respublika Günü münasibətilə paylaşım edib.

AzNews.az xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq".