Sabah 32 dərəcə isti olacaq

30 May 2013 11:04 (UTC+04:00)


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, mayın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişli olacaq.
Azərbaycanın bölgələrində də mayın 31-də hava gündüz əsasən yağmursuz olacaq. Lakin gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə 32 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

AzNews.az