Moskvada daha 71 nəfər koronavirusdan öldü

28 May 2020 10:52 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskva şəhərində son sutka ərzində daha 71 pasiyent koronavirusdan vəfat edib.

AzNews.az “TASS”a istinadən bildirir ki, bu barədə Operativ Qərargahdan məlumat verilib.

Bununla da Moskvada koronavirus qurbanlarının sayı 2 254-ə yüksəlib.

Ən son məlumatlara əsasən, Moskvada ümumilikdə 171 mindən çox insanda koronavirus aşkarlanıb, 67,5 minə yaxın pasiyent sağalıb.

Bütövlükdə Rusiyada isə 370 680 yoluxma, 3 968 ölüm halı qeydə alınıb, 142 208 nəfər sağalıb.