Neftin qiyməti ucuzlaşdı

28 May 2020 11:07 (UTC+04:00)

Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

AzNews.az xəbər verir ki, Brent markalı neftin qiyməti 2,19% ucuzlaşaraq bir barelə görə 33,99 dollar təşkil edib.

WTI markalı neft isə 3,41% ucuzlaşma ilə bir barelə görə 31,69 dollar olub.