Ermənistanda daha 15 nəfər koronavirusdan öldü

28 May 2020 16:48 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 442 nəfər artaraq 8216-ə çatıb.

AzNews.az xəbər verir ki, xəstəlik səbəbindən ölənlərin sayı daha 15 nəfər artaraq 113-ə çatıb. Ümumilikdə 3287 pasiyent müalicə olunaraq sağalıb. 4816 xəstənin müalicəsi davam etdirilir, 54 931 insan isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.