Türkiyə Super Liqası ilə bağlı son qərar verildi

28 May 2020 19:07 (UTC+04:00)

Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyəti Superliqanın taleyi ilə bağlı son qərarını verib.

AzNews.az "NTV Spor"a istinadən xəbər verir ki, mövsüm daha öncə açıqlanan tarixdə - iyunun 12-də bərpa olunacaq.

Federasiya kubok oyunlarının vaxtını çempionatın təqviminə əsasən müəyyənləşdirəcək.

Qeyd edək ki, Türkiyə Super Liqası mart ayında koronavirus pandemiyasına görə dayandırılıb.