Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi

28 May 2020 19:56 (UTC+04:00)

Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycanın Respublika Günü münasibətilə rəsmi “Twitter” hesabında paylaşım edib.

AzNews.az xəbər verir ki, dövlət başçısı Gürcüstan və Azərbaycan arasında tarixi dostluq və möhkəm tərəfdaşlığın olduğunu bildirib.

“Azərbaycan Prezidentini Respublika Günü münasibətilə təbrik edirəm. Azərbaycan xalqına sülh, əmin-amanlıq və xüsusən də pandemiyanın çətin dövründə sağlamlıq arzulayıram”, - S.Zurabişvili yazıb.