Qonşusunun evindən qızıl oğurladı

29 May 2020 13:49 (UTC+04:00)

Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.

AzNews.az-ın DİN-ə istinadən məlumatına görə, bununla bağlı daxil olmuş müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən, zərərçəkmişin qonşusu Əli Rəsulov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, oğurladığı qızılları rayonda yerləşən qızıl-zinət mağazasına satıb və əldə etdiyi pulu öz əyləncəsi üçün xərcləyib.

Faktla bağlı araşdırma aparılır.