Azərbaycan və Türkiyə parlament sədrləri telefonla danışdı

29 May 2020 16:30 (UTC+04:00)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovaya telefonla zəng edib.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan parlamentinin spikeri S.Qafarova "Twitter" səhfəsində yazıb.

M.Şentop həm öz adından, həm də TBMM üzvləri adından S.Qafarovanı və onun simasında millət vəkillərini və bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib.

S.Qafarova təbrikə görə minnətdarlığını bildirib və bu bayramın "bir millət, iki dövlət" olan Azərbaycan və Türkiyənin ortaq bayramı olduğunu qeyd edərək türkiyəli həmkarına da öz təbriklərini çatdırıb.