Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 460 nəfər artaraq 8676-ya çatıb.
AzNews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.
Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 7 nəfər artaraq 120-yə çatıb. Ümumilikdə 3297 pasiyent müalicə olunaraq sağalıb.
5214 xəstənin müalicəsi davam etdirilir, 56 042 insan isə koronavirus testindən keçib.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.