Bakıdan rayonlara gediş-gəlişlə bağlı - Daha bir açıqlama

29 May 2020 23:36 (UTC+04:00)

"Bakıdan rayonlara gediş-gəlişin açılması ölkə üzrə yoluxmanın sayından asılıdır".

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, son günlər yoluxma sayının artması Operativ Qərargahı daha konservativ davranmağa məcbur edir:

"Hazırda belə bir qərar yoxdur, qadağa qüvvədədir".