190 manat iyunda da veriləcək? - Açıqlama

29 May 2020 23:41 (UTC+04:00)

Azərbaycanda karantin rejimi iyunun 15-dək uzadılıb. Bu müddət ərzində 190 manatlıq ödənişin verilib-verilməməsi müzakirə olunur.

AzNews.az-ın verdiyi xəbərə görə, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib ki, 190 manatlıq birdəfəlik ödəmələrin iyun ayında verilməsi Operativ Qərargahda müzakirə olunacaq:

"Müzakirələr nəticəsində müvafiq qərar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlanacaq".