Azərbaycanda 8 günlük qeyri-iş günü başa çatıb.
AzNews.az xəbər verir ki, bu gündən etibarən dövlət qurumları fəaliyyətə başlayıb.
Xatırladaq ki, Baş Nazir Əli Əsədovun müvafiq qərarı ilə ölkədə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilmişdi. Qərar iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə verilib.