Rüstəm İbrahimbəyov Əli Həsənovu məhkəməyə verdi

30 May 2013 13:07 (UTC+04:00)


Hakimiyyətin baş ideoloqu Əli Həsənovun müxalifətin və ictimai xadimlərin ünvanına söylədiyi qeyri-adekvat fikirlər çoxdandır ki, heç kimi təəccübləndirmir. Lakin ilk dəfədir ki, onu məhkəməyə verirlər.

İyunun 3-də saat 10:00-da Səbayel Rayon Məhkəməsində şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddiaya baxılacaq. İddia tanınmış dramaturq və ictimai xadim Rüstəm İbrahimbəyov tərəfindən qaldırılıb. Bu barədə Turan-a iddiaçının vəkili Fuad Ağayev məlumat verib.

İddiaya səbəb Ə.Həsənovun APA agentliyinə müsahibəsində R.Rüstəmbəyovu qeyri-peşəkar adlandırması, Şəhidlər Xiyabanının yaxınlığında restoran və əyləncə yerlərinin tikintisində ittiham etməsidir.

Vəkilin sözlərinə görə, məhkəmə uzun müddət uydurma səbəblərlə iddianı qəbul etmək istəməyib. İmtinadan apellyasiya şikayəti verilib və iş Ali Məhkəməyə çıxıb. Bundan sonra iddia mahiyyəti üzrə baxılmaq üçün qəbul edilib

AzNews.az