Tailand Kralından Azərbaycan Prezidentinə təbrik

31 May 2020 14:48 (UTC+04:00)

Tailandın Kralı Maha Vaciralonqkorn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasına və xalqınıza inkişaf və firavanlıq arzulayıram”.