Sürücülərin NƏZƏRİNƏ!

31 May 2020 18:16 (UTC+04:00)

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq, Abşeron rayonu, Saray qəsəbəsi Heydər Əliyev prospektində 1 iyun tarixində səhər saatlarından hərəkət qısamüddətlik məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzNews.az-a verilən məlumata görə, bu səbəbdən sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq, alternativ yollardan istifadə etmələri tövsiyə olunur.