15 yaşlı oğlan kanalda boğuldu

31 May 2020 20:23 (UTC+04:00)

Göyçay sakini kanalda boğularaq ölüb.

AzNews.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, hadisə Yuxarı Şirvan kanalının İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qaraməryəm kənd sakini İsmayıl Mehrah oğlu Cəbiyev dostları ilə kanalda çimərkən boğularaq ölüb.

İ.Cəbiyevin meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.