Mehriban Əliyeva uşaqları təbrik edib

1 İyun 2020 09:00 (UTC+04:00)

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib.

AzNews.az-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın paylaşımında deyilir: "Balaca soydaşlarımızı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bütün balalara möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram!"